کتاب: حماسه #کوراوغلو
فصل ۱: آلی کیشی» بخش ۲

نکته: معنای کلمات رو با نگه داشتن انگشتتون روی کلمه و اومدن ادرس لینک میتونین ببینین. برای کلمات ساده تر دیگه لینک نذاشتم »
پست قبلی رو از این هشتگ #کوراوغلو_آلی_کیشی پیدا کنین

Həsən xan bu sözü

deyən kimi daylar Alı kişinin yadına düşdü. O, xanın

başını uca eləmək üçün səhər tezdən durdu, dayları tutub xalxala bağladı, ilxını sürüb çölə ötürdü. Bir az sonra Həsən xan, paşa da yanında, xalxala gəldi. Paşa baxdı ki, xalxalda iki

uzunorta,

arıq,

çöpüklü day bağlanıb. Bildi ki, bu dayları ona vermək istəyirlər; gülüb dedi: – Həsən xan, mənə demişdilər ki, sənin yaxşı cins ayğırlıq atların var. Bunlar nədir? İş belə

ələngə-üləngəyə qalsa, bunlardan mənim özümdə də çoxdur. Paşanın sözü Həsən xana

ox kimi dəydi. Üzünü Alı kişiyə tutub dedi: – Axmaq qoca, mən sənə deməmişdimmi at tutduracağam, ilxını saxla; niyə saxlamamışsan? Alı kişi dedi: – Xan sağ olsun, mən qoca ilxıçıyam. Sən bu dayların beləliyinə baxma. Əgər başının uca olmağını istəyirsənsə paşaya bunları ver. Alı kişinin yekə-yekə danışmağından Həsən xan daha da

qəzəbləndi. Onun üstünə

qışqırıb dedi: – Mənim ilxımda aləmdə

söylənən cins ayğırlıq atlar var. Bu ələngələri qonağa göstərib məni xəcalət eləməkdə məqsədin nədir? Alı kişi dedi: – Xan sağ olsun, mənim məqsədim paşanın yadında sənin başını uca eləməkdi. Sənin ilxında bunlardan yaxşı at yoxdu. Bütün dünyanı

gəzsən,

genə də belə at tapa bilməzsən. Həsən xan qəzəblənib dedi: – Bilmirəm. Bir saata qədər yerdə də olsa, göydə də olsa, gərək paşaya layiq, mənim adıma layiq iki yaxşı ayğırlıq at seçəsən. Bu saat get, seç, gəti. Alı kişi dedi: – Xan, onda

izn ver paşa üçün ayğır seçməyə

başqa adam getsin. İlxıda bu daylardan yaxşı at yoxdu. Mən özüm başa düşə-düşə yaxşı atı qoyub pis at seçə bilmərəm. Bu mənim adıma layiq olmaz. Bu söz xanı

cin atına mindirdi. Cəllad çağırıb əmr elədi ki, Alı kişinin boynunu vursun. Paşa da qəzəblənmişdi. Alı kişinin axır sözü onu da dəli eləmişdi.

Odu ki dedi: – Həsən xan, mən görürəm ki, sənin ilxıçın bu daylara çox böyük qiymət verir. Yəqin ki, elə o haqlıdır. Onda sən belə elə. Bu dayların hər birini onun bir gözünə qiymət elə. Paşanın sözü Həsən xanın xoşuna gəldi.

Əmr etdi, cəllad Alı kişinin gözlərini çıxartdı. Alı kişi nə dindi, nə də səsini çıxartdı. Bir dəfə uf da eləmədi.

Elə ki, cəllad işini qurtardı, Alı kişi ayağa qalxıb dedi: – Həsən xan, insan üçün dünyada hər naz-nemətdən şirin şey gözdür. Sən məni ondan binəsib elədin. Mən sənin qapında canımı çürütdüm,

ilan kimi

qabıq qoydum,

saç, saqqal ağartdım, amma sən bunların heç birini bilmədin, qədir-qiymət vermədin. Bir paşanın

xatırına məni kor elədin. indi heç olmazsa bu iki çöpüklü dayları mənə ver.

@turkce_fa

مشاهده مطلب در کانال


مشخصات

آخرین مطالب این وبلاگ

آخرین ارسال ها

آخرین جستجو ها